Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələri ABŞ-ın “B-1B” strateji bombardmançı təyyarəsi ilə təlimlər keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “KBS” Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Verilən məlumata görə, birgə manevrlər Amerika bombardmançısının Koreya yarımadasının hava məkanında yerləşdirilməsi ilə bağlı baş tutub.
Təlimlər zamanı Cənubi Koreya tərəfi “F-16” və “F-35A” qırıcılarından, Amerika tərəfi isə “F-16″lardan istifadə edib.