Koreya Respublikasının yeni prezidenti Li Çje Myon andiçmə mərasimində bildirib ki, o, Koreya Xalq Demokratik Respulikası (KXDR) ilə əlaqə saxlamağa hazırdır, lakin Cənubi Koreya Silahlı Qüvvələrinin döyüş hazırlığını qoruyub saxlaması da tələb olunur.
“Füyuzat“ın məlumatına görə, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Li Çje Myon qeyd edib ki, onların müdafiə xərcləri Şimali Koreyanın ümumi daxili məhsulundan (ÜDM) iki dəfə çoxdur: “Bizim Silahlı Qüvvələrimiz dünyada beşinci ən böyük ordudur. Şimali Koreya ilə ünsiyyətə açıq olacağıq, Koreya yarımadasında əməkdaşlıq yolu ilə sülh quracağıq, eyni zamanda, Koreya Respublikası ilə Birləşmiş Ştatların hərbi ittifaqına əsaslanan güclü çəkindirmə vasitəsi sayəsində Şimali Koreyanın hərbi təxribatlarına və nüvə silahlarından istifadə ehtimalına hazır olacağıq”.