Xəbərlər

Cevdet Yılmaz: Suriyanı bölmək cəhdlərinə qarşıyıq

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Suriyadakı Kürd Milli Şurası (ENKS) və PYD-nin Suriyanın Qamışlı şəhərində təşkil etdiyi konfransla bağlı danışıb.

“Füyuzat”ın məlumatına görə, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Milli Məclisində baş tutan iclası öncəsi jurnalistlərin suallarını cavablandırıb.

“İnanıram ki, öz aralarında yaxşı bir müzakirə prosesi gedəcək və konstitusiyanın formalaşdırılması zamanı bu müzakirələr geridə qalacaq”, – Yılmaz bildirib.

Suriyanın suverenliyi və ərazi bütövlüyünün tərəfdarı olduqlarını vurğulayan Yılmaz deyib:

“Bizim Suriya siyasətimiz aydın və birmənalıdır. Eyni zamanda, biz bütün etnik qrupları, məzhəbləri və dini görüşləri özündə birləşdirən bir idarə istəyirik. Bu məsələdə Türkiyənin mövqeyi çox aydındır. Bunu həm xarici işlər nazirimiz, həm də prezidentimiz hər dəfə bildirir. Biz sabit bir proses istəyirik. Biz hər kəsin sülh və bərabər vətəndaşlıq şəraitində yaşadığı bir Suriya istəyirik. Müəyyən xarici qüvvələrin Suriyanı parçalamaq, daxili sabitliyi pozmaq və münaqişə yaratmaq cəhdlərini bəyənmirik”.