“Pekin Vaşinqtonla ticarət və iqtisadi məsələləri dialoq yolu ilə həll etməyə hazır olduğunu bildirir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi ABŞ prezidenti Donald Trampın Çinlə yeni ticarət sazişi bağlamağa hazır olması barədə sözlərini şərh edərkən deyib.
“Çin Ticarət Nazirliyi amerikalı həmkarları ilə əlaqə saxlayır. Çin ABŞ-ın birtərəfli tarif tədbirlərinə qəti şəkildə qarşı çıxır, onun qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə edir və biz problemləri dialoq və məsləhətləşmələr yolu ilə həll etməyə hazırıq”, – nümayəndə qeyd edib.