Xəbərlər

Çin: Ukrayna ilə bağlı dialoqu həmişə dəstəkləmişik

“Pekin hər zaman Ukrayna məsələsinin siyasi həlli üçün dialoq və danışıqları dəstəkləyib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Liu Penqyu bildirib.

“Ukrayna böhranı ilə bağlı Çinin mövqeyi son dərəcə aydındır. Çin həmişə dialoq və danışıqların Ukrayna böhranından yeganə çıxış yolu olduğunu müdafiə edib, obyektiv və ədalətli mövqe nümayiş etdirib. Biz sülh və dialoqun təşviqinə sadiqik”, – diplomat qeyd edib.