“Ukraynadakı böhran Böyük Britaniya və onun müttəfiqlərinin Moskva və Kiyevin sülh sazişini yekunlaşdırmağa mane olması səbəbindən uzanıb”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin brifinqdə söyləyib.
“İki il əvvəl Rusiya və Ukraynanın münaqişəyə son qoymaq üçün razılığa gəlməyə yaxın olduğu bildirilib. Böyük Britaniya və digər tərəflərin yaratdığı maneələr səbəbindən münaqişə bu günə qədər davam edir”, – Venbin bildirib.
Həmçinin Venbin əlavə edib ki, Çinin imicini ləkələmək cəhdləri nə Londonun Ukrayna məsələsində zəif mövqeyini dəyişəcək, nə də Böyük Britaniyanın daxildə üzləşdiyi kəskin problemləri həll edəcək.