“Çin hakimiyyəti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla qarşılıqlı faydalı əlaqələrə hazırdır və iki dövlət arasında davamlı əməkdaşlığa çalışacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Li Cian bildirib.
“Çin ABŞ-la müxtəlif formalarda əlaqələr saxlayır. Biz Amerika tərəfi ilə əməkdaşlığa, qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı əməkdaşlıq prinsiplərinə riayət etməyə, ikitərəfli münasibətlərin sabit, sağlam və davamlı inkişafına kömək etməyə hazırıq”, – nümayəndə əlavə edib.