Xəbərlər

Çin: Ukrayna ilə bağlı dialoqun tərəfdarıyıq

“Çin hakimiyyəti Ukraynadakı böhranın ilk günündən dinc dialoqun tərəfdarıdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq bildirib.

“Biz Kiyevin atəşkəs və dinc dialoqa hazır olması haqqında xəbərləri nəzərə aldıq. Çin Ukrayna böhranının ilk günündən dialoq və danışıqların tərəfdarı olub”, – nümayəndə qeyd edib.