Xəbərlər

Çin XİN: Trampın tarifləri qlobal iqtisadiyyata zərər verəcək

“ABŞ prezidenti Donald Trampın yeni tarifləri qlobal iqtisadiyyatın bərpasına ciddi təsir göstərəcək, ancaq Çini ABŞ ilə ticarət danışıqlarına məcbur etməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cian bildirib.

“Birləşmiş Ştatlar tərəfindən fərq qoyulmadan tariflərin tətbiqi bütün dövlətləri, xüsusən də qlobal Cənub ölkələrini inkişaf hüququndan məhrum etməyə bərabərdir. Bu, qlobal iqtisadiyyatın bərpası prosesinə ciddi zərbə vuracaq və istər-istəməz beynəlxalq ictimaiyyətin universal etirazı ilə qarşılaşacaq”, – o, brifinqdə vurğulayıb.