Xəbərlər

Çinin siyasi xadimi İsveçrə və Fransaya səfər edəcək

Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının Baş nazirinin müavini He Lifenq mayın 9-dan 16-dək İsveçrə və Fransada səfərdə olacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Lifenq mayın 9-dan 12-dək İsveçrədə səfərdə olacaq və İsveçrə liderləri ilə danışıqlar aparacaq. Bundan əlavə, Baş nazirin müavini ABŞ-ın maliyyə naziri Skot Bessent ilə Çin-Amerika ticarəti ilə bağlı məsləhətləşmələr aparacaq. Mayın 12-dən 16-dək isə Çin-Fransa 10-cu Yüksək Səviyyəli İqtisadi və Maliyyə Dialoqunda iştirak etmək üçün Fransaya səfər edəcək”, – nazirlikdən bildirilib.