“ABŞ Çinə gömrük rüsumları ilə bağlı danışıqlar aparmaq üçün ilk əlaqəni saxlamaq niyyətində deyil”.
“Füyuzat”ın məlumatına görə, CNN ABŞ administrasiyasının yüksək səviyyəli rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp tabeliyində olanlara deyib ki, ilk addımı Çin atmalıdır, çünki Vaşinqtonun fikrincə, cavab rüsumları ilə ticarət münaqişəsini kəskinləşdirən Pekin olub.
Eyni zamanda, CNN qeyd edib ki, Çin hakimiyyəti artıq bir neçə dəfə prezident Si Cinpinlə Amerika lideri arasında telefon danışığını təşkil etməkdən imtina edib.