ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Argentina prezidenti Xavyer Miley, İtaliyanın Baş naziri Giorgia Meloni və Salvador prezidenti Nayib Bukele də daxil olmaqla, xarici liderləri inauqurasiya mərasiminə dəvət edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
“Tramp dünya liderlərinin inauqurasiya mərasimində iştirakını istəyir”, – deyə mənbələrdən biri bildirib.
Qeyd edilib ki, dəvətlər siyasətçilərə əsasən qeyri-rəsmi kanallar vasitəsilə göndərilib, lakin bəzi dəvətlər digər məsələlərin müzakirəsi zamanı telefonla edilib.