Bu gün Sumqayıt şəhərinin Corat qəsəbəsinin təbii qazla təchizatında müvəqqəti fasilə olacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.
Qeyd edilib ki, fasiləyə səbəb yeni balans qovşağının quraşdırılmasıdır.
Odur ki, saat 11:30-dan etibarən işlər başa çatana qədər qəsəbədə 1200 abonentin qaz təminatı dayandırılacaq.



