Xəbərlər

Deputat: Avropa Kiyevi lazımi miqdarda sursatla təmin edə bilməyib

“Avropa ölkələri Ukraynaya lazımi miqdarda sursat verə bilmədi və Kiyev üçün məğlubiyyət təhlükəsi yarandı”.

“Füyuzat”ın məlumatına görə, bunu Fransa parlamentinin deputatı Rafael Qluksman söyləyib.

“Biz hələ də istehsalı qaydasına salmamışıq, hələ də etməli olduğumuz işləri görməmişik. Beləliklə, Paris Kiyevə ayda cəmi 3000 mərmi ötürür ki, bu da eyni dövrdə Rusiya ordusunun istifadə etdiyi sursatın miqdarından bir neçə dəfə azdır”, – deputat qeyd edib.

Qluksman uğursuzluğun səbəbini Ukraynaya hərbi dəstəyin göstərilməsi ilə bağlı Qərbi Avropa liderlərinin, o cümlədən Fransa prezidenti Emmanuel Makronun danışıqda “güclü”, lakin fəaliyyətdə zəif olması ilə izah edib.