Xəbərlər

Əl-Şibani: Suriyanın yeni hökuməti Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır

Suriyanın yeni hakimiyyət orqanları Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Suriyanın keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əl-Şibani “Əl Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.

“Suriya Rusiya ilə balanslı münasibətlər axtarır. Suriya Rusiyanın siyasi, iqtisadi təsirindən faydalanmağa çalışır. Biz Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan balanslaşdırılmış münasibətlər istəyirik”, – əl-Şibani qeyd edib.