Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Verilən məlumata görə, görüşdə Ukraynadakı müharibə, regional problemlər və ikitərəfli əlaqələr müzakirə olunacaq.
Qeyd edək ki, Lavrovun səfəri Ukraynanın işğalının üçüncü ildönümünə təsadüf edir və buna görə də kritik əhəmiyyət kəsb edir.