Xəbərlər

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanmış təbii qaz müqaviləsini təsdiqləyib

Türkiyənin Azərbaycanla imzaladığı iki beynəlxalq müqavilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə Rəsmi Qəzetdə dərc olunub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edək ki, saziş Azərbaycandan və üçüncü ölkələrdən təbii qazın alqı-satqısı, çatdırılması, mübadiləsi və tərəflərin əraziləri vasitəsilə tranziti sahəsində əməkdaşlığın artırılması məqsədi daşıyır.