Ermənistan Nazirlər Kabineti ölkənin Avropa İttifaqı (Aİ) və Belçikadakı daimi nümayəndəliyində respublikanın hərbi attaşesi vəzifəsinin təsis edilməsini təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, müvafiq qərar Ermənistan hökumətinin iclasında təsdiqlənib.
Bu, Ermənistanın Aİ-dəki nümayəndəliyinə göndərdiyi ilk hərbi attaşedir. Bundan əvvəl isə 2024-cü ilin fevralında respublikanın NATO yanında hərbi attaşesi təsis edilib.
“Hökumət “Diplomatik xidmət haqqında” Ermənistan qanununu rəhbər tutaraq, Ermənistanın Avropa İttifaqındakı missiyasına respublikanın hərbi attaşesini təyin etmək barədə qərar qəbul edir”, – hökumətin bəyanatında deyilir.
Qərar Ermənistan, Aİ və Belçika arasında müdafiə sektorunda əməkdaşlığın intensivləşdirilməsi ilə əlaqədar qəbul edilib.