Xəbərlər

Ermənistan Azərbaycanla 1 ay ərzində sülh sazişi imzalamağa hazırdır

İrəvan bir ay ərzində Bakı ilə sülh sazişi üzərində işi başa çatdırmağa və onu imzalamağa hazırdır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün kifayət qədər vaxt keçib. Ermənistan tərəfi müqavilənin bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazır olduğunu bildirir”, – məlumatda bildirilib.