Ermənistanın Baş Prokurorluğu ölkənin üçüncü prezidenti Serj Sarkisyana qarşı yeni ittihamlar irəli sürüb və onun barəsində ölkəni tərk etməmək barədə yazılı vəsatət şəklində həbs-qətimkan tədbiri seçilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.
Mənbə qeyd edir ki, iş İrəvandakı İsakov prospekti və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi faktı üzrə başlanıb. Sarkisyan xüsusilə irimiqyaslı mənimsəmə və xüsusilə irimiqyaslı çirkli pulların yuyulmasında ittiham olunur.
Sarkisyan əvvəllər xüsusilə böyük miqyasda dövlət vəsaitlərinin oğurlanmasını təşkil etməkdə və prezidentliyi dövründə “Flash” şirkətinə himayədarlıq etməkdə ittiham olunurdu, bunun sayəsində bu təşkilat dizel yanacağının tədarükü üzrə dövlət tenderini qazanıb. O, ötən ilin mayında məhkəmə tərəfindən bəraət alıb.