Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza şəhərində ilk səhra xəstəxanasını açıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə qurum “X” səhifəsində qeyd edib.
“Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza şəhərində, Əl-Saraya bölgəsində yerləşən yeni səhra xəstəxanasında bütün hazırlıq işlərini başa çatdırıb. Bu xəstəxana şəhərdə eyni vaxtda bir neçə tibb bölməsinin birləşdiyi, o cümlədən əməliyyat otağı, inkubasiya və radiologiya şöbəsi, eləcə də reanimasiya şöbəsi və təcili yardım şöbəsi ilə birlikdə şəhərin ilk tibb müəssisəsi oldu”, – məlumatda bildirilib.