“ABŞ İsraili Qəzza sektorundakı müharibəyə son qoymağa məcbur edə bilən yeganə tərəfdir”.
“Füyuzat”ın məlumatına görə, bu fikri “Əl Ərəbiyyə” televiziya kanalına müsahibəsində Fələstinin vitse-prezidenti Hüseyn Şeyx bildirib.
“ABŞ İsraili Qəzza sektorundakı müharibəyə son qoymağa məcbur etməyə qadir olan yeganə tərəfdir. Bu baş verərsə, HƏMAS da müharibəyə son qoyulmasına səbəb olacaq cəsarətli addımlar atacaq”, – Hüseyn Şeyx qeyd edib.