Xəbərlər

Fidan: NATO xarici işlər nazirləri ilə mühüm məsələlər müzakirə olunacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin Antalyada keçiriləcək qeyri-rəsmi toplantısında alyansın müdafiə xərcləri və Ukraynada müharibəsinin sülh yolu ilə nizamlanmasının diqqət mərkəzində olacağını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə nazir qeyri-rəsmi görüşdən əvvəl jurnalistlərə müsahibəsində bildirib.

“Müttəfiqlər bu gün mühüm məsələləri – müdafiə xərclərinin idarə edilməsi, müdafiə yükünün bölüşdürülməsi və müdafiə sənayesinin gücləndirilməsindən tutmuş Ukraynaya sülhün necə gətiriləcəyinə qədər olan mövzuları müzakirə edəcəklər. Bunlar liderlərimizin gələn ay Hollandiyada keçirəcəyi görüşə hazırlıq çərçivəsində bu gün müzakirə edəcəyimiz mühüm məsələlərin bir qismidir”, – Fidan qeyd edib.