Xəbərlər

Fidan: Türk dünyası bütövlükdə Kipr türklərinin yanında olmağa davam edəcək

“Bütövlükdə Türk dünyası Kipr türklərinin yanında olmağa davam edəcək. Bu mövzuda siyasi addımlarımızı səbirlə davam etdirəcəyik”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan norveçli həmkarı Barth Eide ilə birgə mətbuat konfransında deyib.

“Türk dünyası bütövlükdə Kipr türklərinin yanında olmağa davam edəcək. Bu mövzuda siyasətlərimizi səbirlə davam etdirəcəyik.

Sovet dövründə türk dünyası idealı olan Türkiyənin bu gün müstəqil türk cümhuriyyətləri ilə də türk dünyası idealı var və bundan sonra da türk dünyası idealı yaşayacaq.

Olmayan problem yaratmağa çalışmaq, olmayan problemi təqdim etməyə çalışmaq kimi nəticəsiz addımlar bu mövzuda səy göstərən mərkəzlərin nə qədər çarəsiz və çıxılmaz vəziyyətdə olduğunu göstərir.

Prinsip olaraq ailə məsələlərini ictimaiyətə açıq şəkildə müzakirə etməyə üstünlük vermirik.

Yunanların və Avropa İttifaqının nə deməsindən asılı olmayaraq, tükənmiş federasiya modeli masadan kənarda qalıb.

Ege dənizi ilə bağlı planlamamızı hazırlamışıq. Biz bunu BMT-nin müvafiq bölmələrinə də göndərəcəyik”, – Fidan bildirib.