Xəbərlər

Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliyi təmin etməyə davam edəcək

“Türkiyə Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri üzərində işi davam etdirmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

“Biz Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmağa hazırıq. Bundan əlavə, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məsələləri üzərində işi davam etdirəcəyik. Bu mühüm sahədir. Razılaşmalar əldə olunarsa, bu, tərəflər arasında etimadın artmasına mühüm təkan verəcək. Məqsədimiz tərəflər arasında daimi sülhün bərqərar olmasıdır”, – Fidan qeyd edib.