Xəbərlər

Fidan: Türkiyə Ukrayna ilə bağlı danışıqları təşkil etməyə hazırdır

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ukrayna üzrə sülh danışıqlarını öz ərazisində təşkil etməyə hazır olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

“Müharibə başlayandan qısa müddət sonra biz tərəfləri İstanbulda topladıq. Biz münaqişənin sülh yolu ilə həll edilməsi üçün diplomatik işimizi davam etdirdik. Bu gün müharibənin dördüncü ilinə qədəm qoyuruq. ABŞ-ın təşəbbüsü ilə bizim mövqeyimizə və səylərimizə uyğun gələn danışıqlar mühitinin formalaşması üçün zəmin görürük. Eyni zamanda, hər iki tərəfin iştirakı ilə münaqişənin həll oluna biləcəyinə inanırıq”, – Fidan bildirib.