“Paris 2026-cı ildə infrastrukturun bərpası üçün Kiyevə əlavə 200 milyon avro ayırmaq niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa hökumətinin Fransa və Ukrayna baş nazirləri Fransua Bayru və Denis Şmıqal arasında Parisdə keçirilən danışıqların yekunlarına dair bəyanatında deyilir.
Sənəddə həmçinin qeyd olunur ki, Fransa tərəfi həm Fransada, həm də Ukraynada müdafiə sənayesi potensialının genişləndirilməsinə kömək etməyə davam edəcək: “Bu öhdəlik Ukrayna üçün 1,5 milyard avroya qədər maliyyə təminatının verilməsi əsasında Fransanın müdafiə müəssisələrinin daha fəal iştirakına imkan verəcək hüquqi və maliyyə bazası yaratmaqla yaxın gələcəkdə həyata keçiriləcək”.
Qeyd edək ki, Paris əvvəllər oxşar məqsədlər üçün 200 milyon avro ayırmışdı.