“ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun hərəkətlərindən narazıdır və buna görə də bu ölkəni İran və Səudiyyə Ərəbistanı ilə münasibətlərin tənzimlənməsi prosesindən kənarda qoyur”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Financial Times (FT) qəzeti yazır.
Nəşrin qiymətləndirməsinə görə, Amerika lideri ilk növbədə İsrailin Qəzza zolağında hərbi əməliyyatları bərpa etmək planlarından narazıdır: “Trampın qəzəbi ilk dəfə aprel ayında keçirdiyi mətbuat konfransında İsrail mallarına əvvəllər tətbiq edilən gömrük rüsumlarını ləğv etməkdən imtina etdikdə ortaya çıxdı. ABŞ və İsrail arasında artan ticarət kəsiri də ölkəni Trampın gözündə əsasən gəlir əldə edən ölkəyə çevirir”.