Xəbərlər

“Füyuzat” dərgisinin 139-cu sayı işıq üzü görüb

“Həyat Füyuzatdır” demirik, “Həyat Füyuzata meyildir” deyirik!.. – şüarı ilə çap olunan “Füyuzat” dərgisinin növbəti sayı işıq üzü görüb. Mübariz Yunusun baş redaktorluğu ilə nəşr olunan dərginin yeni sayında müxtəlif ədəbi-bədii yazılar, siyasi təhlillər, tarixi faktlarla zəngin məqalələr yer alıb.

Jurnalın 139-cu sayında Mübariz Yunusun “Baş redaktordan” sərlövhəli yazısı, Həşim Səhrablının “Yeni dünyada iki Azərbaycan”, Orxan Vəliyevin “Millətçilik: qurmaq və qorumağın ideologiyası”, Elmin Nurinin “Lütfi Zadə – dünya elmini dəyişən nəzəriyyələri” başlıqlı məqalələri, Əkbər N.Nəcəfin “Oğuz fatehləri – Zəngilər”, Mahir Qəribovun “Əhməd bəy Ağaoğlunun “Yeni məcmuə” dərgisindəki yazıları” adlı araşdırmaları, Azadə Novruzovanın qələmindən “Göy atın tapdağında” xatirəsi, Muxtar Cəfərlinin “Həsəd edilməyən yeganə keyfiyyət – təvazö” məqaləsi, Fidan Vahidin “Con Boyn ilə müsahibə”sini, İbrahim Gürelin “Aylak adamın vedası” hekayəsini, Səbinə İzzətlinin “Üsyan etmədən itirənlərin torpağı – Qəzza” başlıqlı məqalələrini və Azərbaycanlı Gültəkinin “Anneme” şeirini oxuya bilərsiniz.

Qeyd edək ki, bu sayımızda yayımlanan “Aylak adamın vedası” məqaləsi türk yazarımız İbrahim Gürel tərəfindən qələmə alınmışdır.

Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya sadəcə keçid vasitəsilə abunə ola bilərsiniz.

Xoş mütaliələr!