Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təşəbbüsü ilə “FÜYUZAT tv” internet televiziyasında Ürfan Məmmədlinin təqdimatında yayımlanan “Kitab adam” verilişinin yeni mövsümünə start verilir.
“Füyuzat” xəbər verir ki, yeni mövsümün ilk qonağı tanınmış yazıçı, psixoloq və motivator Rövşən Abdullaoğludur.
Verilişin yeni mövsümdəki ilk buraxılışı bu bazar saat 18:00-da “FÜYUZAT tv”nin rəsmi YouTube kanalında və sosial şəbəkə hesablarında təqdim olunacaq.
Xatırladaq ki, proqram müsahibə və portret-müzakirə formatındadır. Layihə çərçivəsində tanınmış yazıçı, şair və mədəniyyət xadimlərinin daxili aləminə işıq tutulur, onların mütaliə vərdişləri, yaradıcılıq axtarışları və cəmiyyətə baxış bucaqları ətrafında səmimi səmimi dialoq qurulur.







