Xəbərlər

Gürcüstan: ABŞ-ın Ukraynada sülhə nail olmaq səylərini dəstəkləyirik

“Gürcüstan ABŞ-ın Ukraynada sülh danışıqlarına başlamaq səylərini tam dəstəkləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

“Biz ABŞ-ın hakimiyyət orqanlarının Ukrayna üzrə sülh planını dəstəkləyirik və onun tezliklə uğurlu olacağına ümid edirik”, – o qeyd edib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan BMT-də Ukrayna ilə bağlı qətnamənin məhz Amerika variantını dəstəkləyib və onun həmmüəllifi olub.