Xəbərlər

Gürcüstan: Trampın “dərin dövləti” məğlub edəcəyinə ümid edirik

“ABŞ prezidenti Donald Trampın qondarma dərin dövləti məğlub edə biləcəyinə, bundan sonra ölkələr arasında münasibətlərin yaxşılaşacağına ümid edirik”.

“Füyuzat”ın məlumatına görə, bunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

“Dərin dövlət hələ məğlub olmayıb. Biz ölkəmizin maraqlarını müdafiə edirik. Tramp onu məğlub edə bilsə, onu alqışlayacağıq. Bu da bizə təsir edəcək. Heç kimə imkan verməyəcəyik ki, ölkə nə qədər böyük olursa olsun, ölkəmizin maraqlarını tapdalayıb, məsələn, Ukraynadan istifadə etdikləri kimi Gürcüstandan da istifadə etsin”, – Kaladze gürcü jurnalistlərə bildirib.

Siyasətçi bəyan edib ki, Gürcüstan ABŞ-la münasibətləri yaxşılaşdırmağa hazırdır: “Əvvəlki ABŞ administrasiyası yalan təbliğat aparırdı. Biz istəyirik ki, bütün bunlar bitsin, münasibətlər dostluq, tərəfdaşlıq, ikitərəfli xarakter alsın. Amerika kimi böyük bir dövlətin böyük ənənələrə və mədəniyyətə malik kiçik dövlətə yuxarıdan aşağı baxması qəbuledilməzdir”.