Xəbərlər

Gürcüstanın xarici işlər naziri ilk rəsmi səfərini Ermənistana edəcək

30 yanvar 2025-ci ildə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Ermənistan Respublikasına səfər edəcək. Bu onun ilk rəsmi xarici səfəri olacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Səfər çərçivəsində Maka Boçorişvili Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə həm ikili, həm də geniş tərkibdə görüşlər keçirəcək.

Görüşdən sonra iki ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.