Xəbərlər

Hakan Fidan: Bakı ilə İrəvan arasında sülhün təmin olunmasının son mərhələsindəyik

“Bakı ilə İrəvan arasında sülhün təmin olunmasının son mərhələsindəyik”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.

“Cənubi Qafqaz regionunda sülhə ümid var. Biz Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasının son mərhələsindəyik. Ölkəmiz ikitərəfli danışıqları dəstəkləyir”, – Fidan bildirib.