Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda səfərdədir.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlərdə Azərbaycan və Türkiyə arasında siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi gözlənilir.