Xəbərlər

Hakan Fidan: İsrail Qəzzada hərbi əməliyyatlara başlaya bilər

“Məhbus mübadiləsi başa çatdıqdan sonra İsrailin Qəzzada döyüşləri bərpa edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənliklər var”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Qəzzada atəşkəsin daimi olması üçün beynəlxalq ictimaiyyət səfərbər olmalıdır. Mən HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüşdüm. HƏMAS atəşkəs razılaşmasına əməl etməkdə tərəddüd etmir. Bununla belə, İsrail hökumətinin hansı mövqedə olduğuna dair bəzi suallar var”, – nazir bildirib.