Xəbərlər

Hakan Fidan Moskvaya səfər edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə mayın 25-dən 27-ə qədər Moskvada səfərdə olacaq.

“Füyuzat”ın məlumatına görə, nazirlər arasında ikitərəfli və beynəlxalq gündəliyin geniş spektri üzrə danışıqlar planlaşdırılır.

Qeyd edək ki, iki ölkənin siyasi xadimləri arasında sonuncu görüş 2025-ci ilin aprelində Antalyada keçirilən beynəlxalq diplomatik forumda baş tutub.