Xəbərlər

Hakan Fidan: Türkiyə ümid edir ki, ABŞ və İran güc tətbiq etmədən həll yolu tapacaq

“ABŞ və İran arasında danışıqlar zamanı tərəflər ən həlledici mövqeləri tutacaqlar, lakin ümid edirik ki, onlar güc yolu ilə nizamlanmadan qaça biləcəklər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Mən hər iki tərəfi tanıyıram, onların mövqelərini bilirəm və hər şey danışıqlar masası üzərində olacaq. Tərəflərin mövqeləri maksimum dərəcədə olacaq. Lakin onlar masanı tərk etdikdən sonra son nəticə onlara qalacaq danışıqlardır. Ümid edirəm ki, onlar güc tətbiq etmədən həll yolu tapacaqlar”, – nazir qeyd edib.