Ankarada səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov türk həmkarı Hakan Fidanla görüşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Türkiyəyə səfər edib.
Görüşdə Ukrayna-Rusiya müharibəsinin sona çatması istiqamətində gedən proseslər və son diplomatik təşəbbüslər müzakirə edilib.
Lavrov qeyd edib ki, görüşdə Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə də baxılıb.