Xəbərlər

Hakan Fidan yanvarın 18-i Bakıya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-də Bakıya gələcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “X” səhifəsində paylaşım edilib.

“Hakan Fidan səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək. O həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək”, – deyə paylaşımda bildirilib.