Xəbərlər

HƏMAS 9 girovu azad etmək barədə xəbərləri təkzib edib

HƏMAS hərəkatı İsrail tərəfi ilə barışıq və İsrail həbsxanalarında məhbus olan bir qrup fələstinlinin azad edilməsi müqabilində Qəzza zolağında saxlanılan 7-9 girovu azad etməyə razılıq verdiyi barədə xəbərləri təkzib edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə HƏMAS-ın nümayəndəsi Sami Əbu Zuhri bildirib.

“Hərəkatın iki aylıq atəşkəs müqabilində bir neçə girovu azad etməyə razılıq verdiyi barədə xəbərlər doğru deyil. İsrail hakimiyyəti belə yalan məlumat yaymaqla insanları çaşdırmağa çalışır”, – nümayəndə əlavə edib.