Xəbərlər

HƏMAS ABŞ-la dialoqa hazır olduğunu açıqlayıb

“Fələstinin HƏMAS hərəkatı ABŞ hakimiyyəti ilə dialoq aparmağa hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk “Əl Ərəbiyyə” telekanalına bildirib.

“Biz ABŞ-la dialoqa hazırıq, Tramp ciddi bir prezidentdir”, – o qeyd edib.

“HƏMAS rəhbərliyinin mövqeyi İsraildən başqa bütün tərəflərlə dialoqa açıq olmaqdır”, – Əbu Mərzuk vurğulayıb.