Xəbərlər

Husilər İsrailə hücumlarını davam etdirəcək

“Husilər ABŞ-ın Yəməndəki hərbi kampaniyasını dayandırmaq qərarına baxmayaraq, fələstinlilərlə həmrəy olaraq İsrailə hücumlarını davam etdirəcəklər”.

“Füyuzat”ın məlumatına görə, bunu hərəkatın siyasi şurasının rəhbəri Mehdi əl-Məşət deyib.

“Biz nəyin bahasına olursa olsun, Qəzzaya dəstəyimizdən əl çəkməyəcəyik. Baş verənlər bizim hərəkətlərimizin ağrılı olduğunu göstərir. Bütün çətinliklərə baxmayaraq biz İsrailə hücumlara davam edəcəyik”, – o vurğulayıb.