Xəbərlər

İlk türk astronavt kosmosa səyahət edib

Türkiyənin ilk kosmik səyyahı Alper Gezeravcının da olduğu SpaceX-in kosmik gəmisi Floridadakı Kennedi Kosmik Mərkəzindən uğurla buraxılıb.

“Füyuzat”ın məlumatına görə, Ax-3 missiyasının üzvü Gezeravcının kosmos səyahəti ekipaj üzvü olduğu peykin ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindəki Launch Complex 39A-dan buraxılması ilə başlayıb.

SpaceX-in Dragon kapsulunu Beynəlxalq Kosmik Stansiyaya (BKS) daşıyacaq “Falcon 9” raketi yerli vaxtla 17:49-da (Bakı vaxtı ilə 01:49) buraxılıb.

Qeyd edək ki, “Ax-3” missiyasında iştirak edəcək ilk türk kosmonavt Alper Gezeravcı və komanda yoldaşları kosmosda 14 gün keçirəcəklər.