Xəbərlər

İmamoğlunun saxlanması zamanı təxribat törətməkdə şübhəli bilinən 37 nəfər həbs edilib

Türkiyənin hüquq-mühafizə orqanları İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanmasından sonra sosial şəbəkələrdə təxribat xarakterli yazılar yazmaqda şübhəli bilinən 37 nəfəri həbs edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat verib.

Qeyd edək ki, İmamoğlunun həbsi kütləvi etirazlara səbəb olub. Etiraz aksiyaları etirazçılarla polis arasında toqquşmaya çevrilib.