Xəbərlər

İndoneziyada müharibə dövründən qalan bomba partlayıb: 5 nəfər həlak olub

İndoneziyanın şərqində İkinci Dünya müharibəsi zamanından qaldığı ehtimal edilən bomba partlayıb.

“Jakarta Globe” qəzetinin yaydığı məlumata görə, bombanın partlaması nəticəsində beş nəfər həlak olub. Daha üç nəfər itkin düşüb və azı 19 nəfər yaralanıb. Hadisə bazar günü günortadan sonra Papua əyalətində baş verib. Partlayışa İkinci Dünya müharibəsi dövrünə aid bombanın səbəb olduğu güman edilir.

Güclü partlayış hadisə yerinə yaxın altı evi yerlə-yeksan edib. Polis, həmçinin yaxınlıqda partlamamış minaatan mərmisi də tapıb.