Xəbərlər

İradə Qədirovanın “Dünya Vətəndən başlayır” kitabının təqdimatı keçirilib

17 yanvar 2025-ci il tarixində Qobustan Milli Tarix-Bədii Qoruğunda səyyah-yazar İradə Qədirovanın “Dünya Vətəndən başlayır” kitabının təqdimatı keçirilib.

“Füyuzat”ın məlumatına görə, təqdimatda qoruğun direktoru Vüqar İsayev, qoruq əməkdaşları, MİMTA Fondunun icraçı direktor müavini Kənan Şəbiyev, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və kitabsevərlər iştirak ediblər.

Yazıçı İradə Qədirova təqdimat ərzində yeni kitabın bölmələrindən olan Qobustan və Cingirdağ bölümünün yazılma tarixindən və buraya səyahəti zamanı yaşadıqları barədə geniş məlumat verib.