“İran ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı son zərbələrini kəskin şəkildə pisləyir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Sədid İrəvaninin Təhlükəsizlik Şurasının sədrinə və BMT baş katibinə göndərdiyi məktubda qeyd olunub.
“İran İslam Respublikası ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı son hərbi təcavüzünü və qeyri-qanuni güc tətbiqini qəti şəkildə pisləyir. Bu cür hərəkətlər Yəmənin suverenliyini və ərazi bütövlüyünü kobud şəkildə pozur, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir və İranın regional sülh və sabitlik missiyasına ciddi təhlükə yaradır”, – məktubda bildirilib.