Xəbərlər

İran: BMT Təhlükəsizlik Şurası öz məsuliyyətlərini yerinə yetirməlidir

“BMT Təhlükəsizlik Şurası öz məsuliyyətlərini yerinə yetirməli və İsrailin törətdiyi cinayətlərə qəti şəkildə cavab verməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi-Nyu Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasının iclası zamanı çıxışında deyib.

“BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün məsuliyyət daşıyır. Əgər o, üzərinə düşən öhdəliyi yerinə yetirməzsə, bölgə hərtərəfli qarşıdurmaya sürüklənmə təhlükəsi ilə üz-üzə qalacaq. İsrail tərəfdarları, xüsusilə ABŞ və Böyük Britaniya çox gec olmadan tədbir görməlidirlər”, – Əraqçi bildirib.