Xəbərlər

İran: İsrail Hizbullahın hücumuna qarşı özünü müdafiə edə bilməz

“İsrail Hizbullah hərəkatının ölkəsinin ərazisinə hücumunun qarşısını ala bilməz”.

“Füyuzat”ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Nasir Kənani deyib.

“Həmişə öz ərazisini genişləndirmək məqsədi daşıyan işğalçı rejim – İsrail indi müttəfiqlərinin hərtərəfli dəstəyinə baxmayaraq, torpaqlarını zərbələrdən müdafiə etməyə məcburdur. İsrail ordusunun məğlubedilməzlik mifi çoxdan boş bir şüara çevrilib. Ordu effektiv hücum və müdafiə gücünü itirərək, özünü strateji hücumlardan müdafiə etmək məcburiyyətində qalıb”, – Kənani bildirib.